Milli Məclisin komitəsi hərbi qanunvericiliyə təklif olunan dəyişiklikləri təsdiqləyib

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin mayın 17-də keçirilən iclasında hərbi qanunvericiliyə təklif olunan dəyişikliklər müzakirə olunub və plenar iclasa tövsiyə edilib.


Bu barədə Senzor.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Komitə sədri Ziyafət Əsgərov iclasın gündəliyinə üç məsələnin daxil edildiyini deyib.


O, gündəliyin birinci məsələsini - “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş qanun layihəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydasının təkmilləşdirilməsi, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən dairənin dəqiqləşdirilməsi nəzərdə tutulur.


Məsələ ətrafında aparılan müzakirədə çıxış edən deputatlar Arzu Nağıyev, Aydın Mirzəzadə təklif olunan dəyişiklikləri müsbət qiymətləndiriblər.

Sonra komitə sədri gündəliyin ikinci məsələsi olan "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. Ziyafət Əsgərov qeyd edib ki, qanun layihəsində hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur. Layihədə, həmçinin texniki xarakterli dəyişikliklər var.


Hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Daha sonra Komitə sədri Ziyafət Əsgərov "Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı da məlumat verib. Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.


İclasda deputatlar Bəxtiyar Sadıqov, Elman Məmmədov, Aqil Abbas, Erkin Qədirli, Nurlan Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.