Dərman vasitələri ilə bağlı xüsusi proqramın üzərində iş davam edir. Sənədin bir neçə maddələri üzrə görüşlərimiz olub.
Senzor.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Səhiyyə komitəsində də bununla bağlı təkliflər daxil olub. “Bizim komitəyə də təkliflər daxil olub. Biz o təklifləri Səhiyyə Nazirliyinə yönəldəcəyik ki, onlar da Nazirlər Kabineti ilə müzakirə etsinlər”, - deyə o əlavə edib.