Səfir Cahit Bağçı Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunda səs verib.
Senzor.az xəbər verir ki, bu barədə səfir Tvitterdə bildirib.
“İkinci turda səs verdik. Ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzulayıram”, - C.Bağçı yazıb.
**09:16
Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb.
Senzor.az-ın xəbərinə görə, mayın 20-də Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb.
Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.
Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır.
Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22:00-da başa çatacaq.