Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,9 maqnitudalı zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, təbiət hadisəsi Bakı vaxtı ilə 16:46-da qeydə alınıb və zəlzələnin episentri 6,67 km dərinlikdə olub.
Qeyd edək ki, bu, son bir ayda Türkiyə ərazisində qeydə alınan ikinci ən güclü yeraltı təkan olub. Belə ki, daha öncə mayın 3-də Kahramanmaraş şəhərinin Göksun rayonunda 5 maqnitudalı zəlzələ olmuşdu.