Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Paşinyan əlavə edib ki, Təşkilat Ermənistan sərhədlərini müəyyən etməyib və bu məsələ həll olunandan sonra mövcud problemlərin 90 faizi aradan qaldırılacaq.(APA)