Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Qeyd edək ki, 1991-ci il yanvarın 13-də Sovet qoşunları Vilnüsə daxil olub, Vilnüs teleqülləsini, radio-televiziya komitəsinin binasını ələ keçirib. Teleqülləyə hücum nəticəsində 14 nəfər ölüb, 700 nəfər yaralanıb.