Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda 4,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Türkiyə vaxtı ilə saat 19:42-də Adananın Saimbəyli rayonunda baş verib.
Qeyd edək ki, saat 19:02-də Kahramanmaraşın Goksun rayonunda da zəlzələ olub - 4,7 bal gücündə.
Həmin zəlzələlərin ocağı 7 kilometr dərinlikdə yerləşib.