Ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan 5,1% çox olub

2022-ci ildə dövlət büdcəsinin icrasına dair göstəricilər açıqlanıb.


Senzor.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.


Qeyd edilib ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 30679,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz çox, xərcləri 32064,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,7 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1385,0 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,4 faiz az olub.


2022-ci il dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnoza qarşı 30679,6 milyon manat və ya 1481,8 milyon manat (5,1 faiz), 2021-ci ilin dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə isə 4283,4 milyon manat və ya 16,2 faiz çox icra olunub. Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.