Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Senzor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, sabah E.Axundovanın 70 yaşı tamam olur. O, Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub, 2020-2023-cü illərdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.