845 qram çəkidə doğulan körpə 79 gün müalicədən sonra evə buraxılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Respublika Perinatal Mərkəzinə 38 yaşlı pasiyent Nargilə Əzizova hamiləliyinin 28-ci həftəsində kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı diaqnozu ilə daxil olub.


Senzor.az TƏBİB-ə istinadla bildirir ki, pasiyent tibb müəssisəsində keysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 845 qram, boyu 33 santimetr olan oğlan uşağı dünyaya gətirib. Körpə ilk olaraq mərkəzin Yenidoğulmuşların reanimasiya şöbəsinə, daha sonra isə Patologiya şöbəsinə yerləşdirilib.


79 gündən sonra kafi vəziyyətdə evə yola salınan körpənin çəkisi 1 kilo 450 qram olub.


Qeyd edilib ki, körpənin müalicə müddətindəki xərcləri icbari tibbi sığorta ilə qarşılanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.