Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İordaniyanı Milli Gün münasibətilə təbrik edib.
Senzor.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.
"Milli Gün münasibətilə İordaniya hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, İordaniya!”, - paylaşımda qeyd olunub.