Türkiyənin Sapanca şəhərində avtobus yük avtomobilinə çırpılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 22 nəfər xəsarət alıb.
Hadisə yerinə xilasedicilər, polislər və təcili tibbi yardım briqadaları cəlb edilib.
Məlumata görə, avtobusun sərnişinləri hakim AKP-nin seçiciləri olub.
Qəzanın səbəbi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.