Türkiyə Böyük Millət Məclisinə 14 may tarixində keçirilən seçkilərin yekun nəticələri açıqlanıb.
Senzor.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yenermətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, 14 may 2023-cü il tarixində keçirilmiş 28-ci parlament seçkiləri ilə bağlı hər hansı etiraz prosesi 28 may 2023-cü il saat 17:00-da başa çatıb: "Komitəmiz 29 may 2023-cü il tarixli iclasında növbədənkənar etirazları qiymətləndirərək yekunlaşdırıb. Seçkilərinin yekun nəticələri açıqlanmaq üçün Rəsmi Qəzetəyə göndərilib".