Baş Prokurorluqda Avropa İttifaqının Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) sahəsində Risklərin Yumşaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub Şərq və Şərqi Avropa katibliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Senzor.az-a verilən xəbərə görə, görüş zamanı qeyd olunan katibliyin regional koordinatoru Talqat Talubayev qəbula görə minnətdarlığını bildirərək, Kimyəvi və Bioloji Cinayətlər üzrə Prokurorun Bələdçisi təlimat kitabçasının təqdimatını keçirib.
Sözügedən Təşəbbüsün çərçivəsində ölkəmizin də qoşulduğu layihələrin gedişatı, icra vəziyyəti və əldə olunmuş nəticələr, o cümlədən KBRN ilə bağlı risklərin azaldılması sahəsində milli səviyyədə ehtiyacların qiymətləndirilməsi barədə faydalı təcrübə mübadiləsi aparılıb.