"Azərbaycan Aqroturizm Assosiasiyası" yaradılıb
FOTO

Kənd Təsərrüfatı Nazirliyi “Şəhərdən Kəndə” layihəsinə qoşulan fermerlərin iştirakı ilə "Azərbaycan Aqroturizm Assosiasiyası" İctimai Birliyinin yaradılmasına dair təsis görüşü keçirib.


Senzor.az nazirliyə istinadən xəbər verir ki, görüşdə qurumun, eləcə də Dövlət Turizm Agentliyinin, agentlik yanında Azərbaycan Turizm Bürosunun, "Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.


Görüş zamanı "Azərbaycan Aqroturizm Assosiasiyası"nın yaradılmasına təşəbbüs göstərən fermerlər “Şəhərdən Kəndə” layihəsinin ölkəmizdə aqroturizmin inkişafındakı böyük rolunu və bu layihənin dövlət-özəl sektor əməkdaşlığının uğurlu nümunəsi olduğunu vurğulayıb. Natiqlər ölkəmizin aqroturizm potensialı, hazırkı vəziyyət, inkişaf imkanları və gələcək perspektivləri istiqamətində geniş müzakirələr aparıblar.


Daha sonra Assosiasiyanın yaradılmasına dair təsis sənədləri imzalanı, qurumun yaxın gələcəkdəki fəaliyyət planı və hədəfləri açıqlanıb. Səsvermə yolu ilə Assosiasiyanın 9 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb və sədr seçilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.