Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsinə dair yekun razılaşma yoxdur.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində deyib.
Bununla belə o, tərəflərin bu istiqamətdə işləri ötən ilin oktyabrında Praqa görüşündə razılaşdırılmış Alma-Ata Bəyannaməsinə uyğun şəkildə aparılması öhdəliklərinin olduğunu qeyd edib.
Qeyd edək ki, Alma-Ata bəyannaməsinə görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycanın ərazisi kimi təsdiqlənib.