Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumata görə, hazırda:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
5. “20 Yanvar” dairəsində;
6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
7. Babək prospekti, mərkəz istiqamətində;
8. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Vahid Dispetçer Xidməti isə bu gün səhər pik saatlarında paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 62 müntəzəm marşrut xətti üzrə 236 avtobusun hərəkət intervalında gecikmələrin olduğu barədə məlumat yayıb.
Senzor.az