Ceyhun Bayramov avstriyalı həmkarı ilə görüşüb
YENİLƏNİB, FOTO

Xarici işlər naziri Ceyhun Bayramov avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Tvitterdə məlumat yayıb. Bildirilib ki, görüş hazırda davam edir.


Qeyd olunub ki, Azərbaycan və Avstriya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik görüşün gündəliyinin əsas məsələləridir.

**18:10

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Vyanada ATƏT-in Daimi Şurasının növbədənkənar iclasında çıxış edib.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.


Xatırladaq ki, Ceyhun Bayramov bu gün Avstriyaya işgüzar səfərə gedib.


Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada da iştirak edib.

**10:12

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək məqsədilə Avstriya Respublikasına işgüzar səfərə yola düşüb.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

 

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı, habelə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

İyunun 7-də nazir Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Vlaxovski, o cümlədən Slovakiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.