"Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir".
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərin əldə edilməsi, o cümlədən işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədilə bu ilin dövlət büdcəsi haqqında və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsinə imkan yaradıb: “Bununla da Prezident İlham Əliyev müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib”.