Nəsimi rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb
FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Nəsimi rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.


Senzor.az bu barədə agentliyə istinadənn xəbər verir.


Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir.


Həyata keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonunun Asif Məhərrəmov küçəsi, 36 ünvanında yerləşən “Taxta kafe”nin sudan qeyri-qanuni istifadə etdiyi aşkar edilib. Obyekt sahibi iddia edir ki, kafedə olan su sayğacı oğurlanıb. Amma nədənsə oğurluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarından müvafiq sənədi alıb təqdim etmir. Sahibkar yeni su sayğacının quraşdırılmasından boyun qaçırmaqla yanaşı əvvəlki dövrlərdən yaranmış borclarını da ödəmir. Üstəlik obyektə sayğacdankənar xətt çəkərək sudan qeyri-qanuni istifadəni davam etdirir. Sudan qanunsuz istifadə səbəbindən bir həftə əvvəl obyektin su təchizatı dayandırılsa da sahibkar yenidən su şəbəkəsinə qanunsuz qoşularaq suyu talamağa davam edib. Qanunsuz çəkilmiş xətt növbəti dəfə ləğv edildi və dəymiş ziyan aktı tərtib olunub.

Süleyman Rüstəm küçəsi, 80 ünvanında yerləşən avtoyuma məntəqəsinin isə su sayğacı olsa da uzun müddət ödəniş etmədiyindən borcu yığılıb. Buna görə də obyektin su təchizatı dayandırılıb. Obyekt sahibi ehtiyat su çənini sayğacdankənar çəkilmiş su xətti ilə doldurub istifadə edib.


Həyata keçirilən nəzarət tədbirləri zamanı Mirzəağa Əliyev küçəsi, 168 ünvanında yerləşən avtomobillərin icarəsi obyektində də sudan müqaviləsiz istifadə olunduğu aşkar edilib. Obyekt sahibi su təchizatından qanuni istifadə ilə bağlı müqavilə bağlamaqdan imtina edir. Dəfərlərlə xəbərdarlıq edilsə də obyekt sahibi buna məhəl qoymayıb.


Cavadxan küçəsində fəaliyyət göstərən “Zirvə” kafesində də sudan qanunsuz istifadəyə rast gəlinib. Obyektin sahibi texniki şərt almadan, müqavilə bağlamadan qanunsuz çəkilmiş xətt vasitəsilə suyu talayıb.

Aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.


Bu ilin yanvar-may aylarında 7 316, Nəsimi rayonunda isə 31 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.