Nazir Rusiya səfirini diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib
FOTO

8 iyun 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.


XİN-dən Senzor.az-a verilən xəbərə görə, görüş zamanı, tərəflər Azərbaycan və Rusiya Federasiyası arasında səmərəli əməkdaşlığı və onların inkişaf perspektivlərini məmnunluqla vurğulayıblar. Müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə yüksələn münasibətlərin dinamik şəkildə inkişaf etdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov səfir Mixail Boçarnikova fəaliyyəti dövründə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə və meydana gələn məsələlərin effektiv həllinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Səfir Mixail Boçarnikov öz növbəsində Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə öz minnətdarlığını bildirib.


Görüş zamanı həmçinin ikitərəfli münasibətlərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.