İyunun 12-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Senzor.az-a bildirilib ki, yerli vaxtla saat 05:09-da qeydə alınan zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3,4-ə bərabər olub.
Yeri gəlmişkən, bundan əvvəl - saat 03:37-də Qobustan stansiyasından 12 kilometr cənubda - Qobustan rayonu ərazisində də yeraltı təkan qeydə alınıb. 3 bal gücündə olan həmin zəlzələnin ocağı 57 kilometr dərinlikdə yerləşib...