İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə inteqrasiya olunmaqla elektron sənəd mübadiləsinə start verilib.
Senzor.az xəbər verir ki, xidmət elektron sənəd dövriyyəsi sistemləri arasında təhlükəsiz mübadilənin həyata keçirilməsi üçün yeni inteqrasiya stardartlarını (şərtlərini) hazırlayaraq təsdiq edib. Hazırda dövlət qurumları istifadələrində olan istənilən elektron sənəd dövriyyəsi sistemlərini təhlükəsizlik auditindən müsbət rəy almaqla, inteqrasiya standartına uyğun olaraq İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə qoşmaq üçün xidmətə müraciət ünvanlamaqla qurumlararası kağızsız sənəd dövriyyəsində iştirak edə bilərlər.
147 dövlət qurumunun istifadəçisi olduğu İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə istifadəçilər mühafizə olunan rabitə kanalları ilə qoşulmaqla icazəsiz daxilolmalardan və təhrifetmələrdən mühafizə olunurlar.
İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə ilk olaraq 24 dövlət qurumunun istifadəçisi olduğu Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sistemi inteqrasiya olunur.
Nəticədə 14 min istifadəçisi olan 24 dövlət qurumunun daxili sənəd dövriyyəsi sistemindən 147 dövlət qurumu ilə birbaşa təhlükəsiz kanallarla elektron sənəd mübadiləsinə imkan yaradılmış olub.
Hazırda digər dövlət qurumlarının daxili sənəd dövriyyəsi sistemlərinin İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiya olunması mərhələli şəkildə etibarlı kanallarla təmin ediləcək.
Cari ilin sonuna kimi daxili sənəd dövriyyəsi sistemləri hazır olan digər dövlət qurumlarının da İdarələrarası Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiyası təmin ediləcək.