Ankarada İsveçin NATO-ya üzvlüyü ilə bağlı Daimi Mexanizmin iclası keçirilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə tərəfindən heyətə Prezidentin baş müşaviri Akif Çağatay başçılıq edib.
İclasda NATO nümayəndə heyətinin rəhbəri qismində NATO-nun baş katibliyi Kabinetinin rəhbəri Stian Yenssen, İsveç nümayəndə heyətinin rəhbəri qismində İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi Yan Knutsson və Finlandiya tərəfindən Xarici İşlər Nazirliyi dövlət katibi Jukka Salovaara iştirak ediblər.