Bakıda MDB-nin paytaxt polis rəislərinin iclası keçirilib
FOTO

İyunun 14-də Daxili İşlər Nazirliyində (DİN) Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanlarının paytaxt qurumları rəhbərlərinin növbəti iclası keçirilib.


Bu barədə Senzor.az-a Azərbaycan DİN-in Mətbuat Xidmətindən məlumat verilib.


İclasda Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.


Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qonaqları salamlayıb, iclasın işinə uğurlar arzulayıb. O, gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzün reallıqları ilə uzlaşan vəzifələrə uyğun olduğunu qeyd edib, paytaxt şəhərlərində təhlükəsizliyin təmin olunmasına, cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılmasına həsr olunmuş müzakirələrin əməkdaşlığın daha da intensivləşməsinə və genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini bildirib.


Daha sonra V.Eyvazov iclas iştirakçılarına respublikadakı kriminogen durum, həyata keçirilən tədbirlər barədə məlumat verib və bildirib ki, cinayətkarlığın qarşısının alınması və açılması işinin effektiv təşkili, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmini ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edir: “Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır”.

Qonaqların nəzərinə çatdırılıb ki, hərtərəfli islahatlar və modernləşmə cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə qarşı adekvat cavab tədbirlərinin görülməsinə imkan verir.


“O da bildirilib ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində əldə olunan müsbət nəticələrin məntiqi nəticəsi olaraq, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini təsdiqləyib. Onun paytaxtı Bakı şəhəri beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin, o cümlədən zirvə görüşlərinin, konfransların, humanitar forumların, dünya və Avropa çempionatlarının keçirildiyi məkana çevrilib.


Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, yeni təhdid və çağırışlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.


Çıxışının sonunda general-polkovnik Vilayət Eyvazov iclasda aparılacaq müzakirələrin əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəyinə, iştirakçılara öz həmkarlarının təcrübəsindən faydalanmaq imkanı, bütövlükdə, cinayətkarlığa qarşı mübarizəyə layiqli töhfələr verəcəyinə əmin olduğunu bildirib”, - məlumatda qeyd edilib.

İclas iştirakçıları xatirə şəkli çəkdirib.


İşçi qaydada davam etdirilən iclasda əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, narkotiklərin qanunsuz dövriyəsi, kibercinayətkarlıq, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.


Tədbirin sonunda növbəti iclasın Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilməsi qərara alınıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.