Türkiyənin Azərbaycandakı səfiri Şuşaya gedib
FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşa şəhərinə səfərə gedib.

 

Senzor.az bildirir ki, bununla bağlı diplomat özü “Tvitter”də paylaşım edib.

 

O, şəhərdən paylaşdığı fotoları “Qafqazın tacı, mədəniyyət və tarixin qovuşduğu yer, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa” sözləri ilə təqdim edib.

 

Şuşa Bəyannaməsinin imzalanmasının ildönümündə Şuşaya səfər etdiyini bildirən C.Bağçı əlavə edib: “Münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldıran tarixi Şuşa Bəyannaməsinin ikinci ildönümündə Şuşanın tarixi meydanındayıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!".


Qeyd edək ki, bu gün "Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ikinci ildönümüdür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.