"Türkiyə sevincdə və kədərdə daima birlikdə olduğu Azərbaycanla bir millət, iki dövlətdir".
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan tviterdə yazıb.
"Münasibətlərimizi daha da gücləndirən Şuşa Bəyannaməsinin ikinci ildönümü mübarək olsun!", - o qeyd edib.
H.Fidan həmçinin 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.