Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.
Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
O, komanda sayının dəyişdirilməyəcəyini söyləyib: "Ola bilsin ki, Elmar müəllim yanlış anlayıb. Əvvəldən dediyimiz kimi Premyer Liqada sonuncu yerin sahibi olan "Şamaxı" çempionatı tərk edəcək və I Divizionun qalibi olmuş "Araz Naxçıvan" elitaya yüksələcək".
**
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 12 komanda mübarizə aparacaq.
Bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov məlumat verib.
O, "Zaqatala" və "Araz Naxçıvan"ın elitada çıxış edəcəyini söyləyib.
Məmmədyarov I Divizionda 10, II Divizionda 12 komandanın yer alacağını söyləyib.