Qaxda güclü külək istirahət parkında ağacları aşırdı
FOTO

Qaxda güclü külək istirahət parkında ağacları aşırıb.

 

APA-nın məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

 

Günorta saat 15 radələrindən başlayaraq bir saat müddətində Balakən, Zaqatala və Qax rayonları ərazində küləkli və yağışlı hava şəraiti olub.

 

Güclü külək səbəbindən Qax şəhəri İ. Mustafayev küçəsində Nizami istirahət parkı ərazisində 10-a yaxın irigövdəli iynəyarpaqlı ağac yıxılıb. Ağacların yıxılması zamanı ərazidə olan insanlar arasında xəsarət alan olmayıb.

 

Şəhərin Vidadi küçəsində əncir ağacının aşması nəticəsində ərazidə olan minik avtomobili zədələnib, elektrik naqilləri qırılıb. Əraziyə elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranıb.

 

Rayonun Alatəmir kənd inzibati ərazisində də bir-neçə ağacın aşdığı bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.