Bəzi ixtisasların tədris müddəti azaldıla bilər

"Bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salmaq barədə düşünməyə başlamışıq".


Senzor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bəzən dünya ölkələrində bəzi ixtisasların 3 il yox, 2 il tədris edildiyi barədə yanlış təqdimatlar olur: "Bu o halda mümkündür ki, həmin ixtisas üçün gələn insanın səriştələsi var. Əslində, proqramı 2 illik də tərtib etmək olar. Yəni mümkündür. Amma baza bacarıqları yoxdursa, alınmayacaq".


E.Əmrullayev bildirib ki, hazırda bəzi ixtisasların tədris müddətinin azaldılması üzərində ciddi iş gedir: "Hesab edirəm ki, bu, faydalı olacaq. Misal olaraq, bu dəyişiklikliyi informasiya texnologiyaları sahəsində etmək mümkün ola bilər. Ali təhsil müəssisələrində tədris olunan hər bir fənn əmək bazarı üçün vacibdir, yoxsa yox? Bu suala cavab tapmaq lazımdır. Bir çox texniki və yardımçı vəzifələr üçün iş tapmaq baxımından qısa müddətli kursların müsbət təsirləri var".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.