Çexiyalı deputatlar Ağdamda olublar - FOTO

Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik və Deputatlar Palatasının üzvü Mişal Ratiborski iyunun 21-də işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Çexiyalı parlamentariləri səfərdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Əliabbas Salahzadə müşayiət edib.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən xəbərə görə, Çexiya nümayəndə heyətinə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törətdiyi müharibə cinayətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub. Erməni faşistlər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra evləri, məktəbləri – bütün infrastrukturu talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.

Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara bildirilib ki, işğal dövründə ermənilər məscidi tam dağıtmayaraq, onun minarələrindən hərbi məqsədlər üçün istifadə ediblər. Bununla belə məscidin bəzi hissələri sökülüb, yazıları silinib, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər. Qeyd edilib ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən Cümə məscidində bərpa işlərinə başlanılıb.


Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində, Şəhidlər xiyabanında erməni barbarlığının izləri ilə tanış olublar. Sonra onlara Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı düşərgəsində Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti Ağdam Konfrans Mərkəzi ilə də tanış olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.