"KOB-lardan vergi daxilolmaları 61 % artıb" - MİKAYIL CABBAROV
YENİLƏNİB

Ötən il Azərbaycanda kiçik və orta biznes subyektləri üzrə vergi daxilolmaları 2021-ci illə müqayisədə 61 % artaraq 2,9 milyard manata çatıb.


Senzor.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.


M.Cabbarov bildirib ki, hesabat dövründə KOB-lar üzrə dövriyyə isə 2021-ci illə müqayisədə 19 % artaraq 38,8 milyard manata çatıb.


"Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. KOB subyektlərinin fəaliyyətinin təşviqi iqtisadiyyatımızın şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində ölkəmizdə KOB subyektlərinin sayı 45 % artaraq 355 906-ya və qeyri-neft ÜDM-də payı 23,5 %-dən 26,6 %-ə yüksəlib. Sahibkarlarımıza davamlı uğurlar və nailiyyətlər arzulayırıq", - nazir qeyd edib.

**11:16

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) biznesin qurulması və inkişafı, innovativ ideyaların reallaşdırılmasına dəstək istiqamətində fəaliyyəti təqdirəlayiqdir.


Senzor.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.


"KOBİA Azərbaycanda mikro, kiçik və orta biznesin inkişafı istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müxtəlif dəstək mexanizmləri ilə daim KOB-ların xidmətindədir", - nazir qeyd edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.