Masallıdan istirahətdən qayıdan ailə Biləsuvarda qəzaya düşdü - 1 ÖLÜ, 5 YARALI

Biləsuvarda bir ailənin altı üzvü qəzaya düşüb, ölən və yaralılar var.

 

"Report"un məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Ağcabədi rayon sakini Nazim Abbasov idarə etdiyi minik avtomobilini qəfildən yolun kənarına aşırıb.

 

Hadisə nəticəsində avtomobildə olan sürücünün ailə üzvləri - 1975-ci il təvəllüdlü Aynur Abbasova, 1997-ci il təvəllüdlü Ayşən Əbdülhəsənli, 1993-cü il təvəllüdlü Şəhriyar Əbdülhəsənli, 2017-ci il təvəllüdlü Ə.Əbdülhəsənli və 2021-ci il təvəllüdlü T. Əbdülhəsənli müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb. Sürücü N.Abbasov isə dünyasını dəyişib. İlkin məlumata görə, sürücü hadisədən əvvəl ürəktutmasından vəfat edib.

 

Məlumata görə, ailə üzvləri Masallı rayonundan istirahətdən qayıdırmışlar.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.