Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.
Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Bilgəh”, “Corat” sularda xilasetmə məntəqələrinin ərazisində və “Şüvəlan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.