Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə edilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Senzor.az-a bildirilib ki, hazırda Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər olan yolda və Heydər Əliyev prospektində əsas yolda, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Vahid Dispetçer Xidməti isə bu gün səhər pik saatlarında paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 42 müntəzəm marşrut xətti üzrə 153 avtobusun hərəkət intervalında gecikmələrin olduğu barədə məlumat yayıb.
Senzor.az