Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,41 dollar azalaraq 75,84 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,12 dollar bahalaşaraq 70,91 dollar təşkil edib.
Dünya bazarında Azərbaycan neftinin qiyməti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,41 dollar artaraq 79,59 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.