Türkiyə və Misir ticarət dövriyyəsini 20 milyard dollara çatdırmağı planlaşdırır.
Bunu Türkiyənin Xarici İqtisadi Əlaqələr üzrə Komissiyasının Türkiyə-Misir İşgüzar Şurasının sədri Mustafa Denizer bildirib.
Mustafa Denizer ticarət dövriyyəsinin 15-20 milyard dollara çatdırılması imkanının olduğunu söyləyib. Yaxın bir neçə ildə pərakəndə satış, enerji, məişət texnikası, nəqliyyat sektorlarına investisiyalar arta bilər.
Qeyd edək ki, 2019-cu ildə Türkiyədən Misirə 3,2 milyard dollar dəyərində mal ixrac edilib, 2020-ci ildə bu göstərici 2,95 milyard dollara düşüb. Ancaq qarşılıqlı addımlar nəticəsinə artıq Türkiyədən Misirə ixracın həcmi 4,03 milyard dollara çatıb.
Qeyd edək ki, bu il iyulun 4-də 10 illik fasilədən sonra Türkiyə və Misir arasında diplomatik əlaqələr bərpa olunub, qarşılıqlı səfirlər təyin edilib.