Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.
Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Nardaran” sularda xilasetmə məntəqələrinin ərazisində və “Qızılqum”, "Bilgəh" sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.