Penitensiar xidmətin yeni rəisi kollektivə təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Miradil oğlu Seyidov iyulun 11-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən kollektivə təqdim olunub.


Ədliyyə Nazirliyindən Senzor.az-a bildirilib ki, bununla bağlı Penitensiar xidmətin Baş idarəsinin rəhbər şəxslərinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ədliyyə naziri çıxış edərək bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan mütərəqqi islahatlardan, məhkumların hüquqlarının qorunması üzrə görülən ardıcıl tədbirlərdən, əfv və amnistiya aktlarının geniş tətbiq olunaraq həyata keçirilən humanizm siyasətindən bəhs edib.

Dövlət başçısının cari ilin mayında Ümummilli Liderin yubileyi münasibətilə imzaladığı Əfv Sərəncamının müstəqillik dövrümüzün ən böyük əfv aktı olduğu bildirilib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan edilmiş amnistiya aktları ilə minlərlə ailələrə sevinc bəxş olunduğu vurğulanıb.


Eyni zamanda, dövlət başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair Sərəncamının və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında Fərmanının icrası, o cümlədən cəza siyasətinin humanistləşdirilməsi, həmçinin məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması üçün penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərdən danışılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.