Artıq Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara kəndində yeni gömrük binalarının tikintisinə başlanılıb.
“Sputnik Armenia” xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, artıq birinci mərhələdə podratçı şirkətə 350 min ABŞ dolları məbləğində vəsait ayrılıb.
İkinci mərhələdə, ayrılacaq vəsaitin həcmi 280 min ABŞ dolları təşkil edəcək və ən azı 3 modul pavilyonun tikintisinə başlanacaq.