Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Senzor.az xatırladır ki, Mişel bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və onların söhbəti 3 saat davam edib.
Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.