Tel HaShomer Sheba xəstəxanasının kardioloqları İsrailin baş naziri Binyamin Netanyahunun ürəyinə ürək aritmiyalarını izləmək üçün cihaz yerləşdiriblər.
Bu barədə Yedioth Ahronoth qəzeti Şeba Mərkəzinin kardioloqu, professor Yehuda Adlerə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, implantasiyanın köməyi ilə həkimlər nəinki baş nazirdə ciddi ürək ritm pozğunluqlarının qarşısını almağı, həm də onun səhhətinin pisləşməsinin səbəbini öyrənməyi planlaşdırır. Nəşrə müsahibəsində Adler onu da qeyd edib ki, şəxsi həkimi Netanyahunun Şeba mərkəzində xəstəxanaya yerləşdirilməsini tövsiyə edib. Kardioloq vurğulayıb ki, İsrailin baş nazirinə iş yükünü azaltmağı şiddətlə tövsiyə edəcək.