Cəlilabad rayonunda 3 maqnitudalı zəlzələ olub.
Bu barədə Senzor.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Belə ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:27-də Cəlilabad stansiyasından 9 km qərbdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
18 kilometr dərinlikdə olan zəlzələ hiss edilməyib.