Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
Senzor.az bildirir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” Cəbəllüttariq çempionu “Linkoln”la cavab oyununa çıxacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Oyunu Albaniyadan olan hakim Eldorjan Hamiti idarə edəcək.
Xatırladaq ki, bu komandalar arasında Cəbəllüttariqdə keçirilmiş ilk oyunda “Qarabağ” 1:2 hesablı qələbə qazanıb.
Cütün qalibi II təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq.