Bu gün Xarici İşlər Nazirliyində (XİN) nazir və rəhbər heyətin iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüş keçirilib.
Senzor.az bildirir ki, bu barədə XİN-dən məlumat verilib.
Uzunmüddətli diplomatik fəaliyyətinə görə görkəmli diplomatımıza təşəkkür edilib və ona yeni nailiyyətlər arzulanıb.
Xatırladaq ki, Xələf Xələfov iyulun 24-də Prezidentin sərəncamı ilə xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.