Azərbaycan-Ermənistan sərhədində, “Laçın” sərhəd buraxılış məntəqəsində son vəziyyəti əks etdirən görüntülər yayılıb.
Sərhədçilərimiz tərəfindən özləri və yükləri yoxlanan Qarabağın erməni əhalisi Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə sərhədi keçib.
Həmçinin kadrlardan da görünür ki, Xankəndiyə girişdə gərginlik davam edir. Humanitar yardım şousu yaradan Ermənistana məxsus 19 yük maşını ərazidə qalmaqdadır. Onlar Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan deyil, israrla “Laçın” dövlət sərhədi buraxılış məntəqəsi vasitəsilə hərəkət etmək istəyirlər.
AzTV-nin Laçın postundan çəkdiyi görüntüləri təqdim edirik: