Aşura ilə bağlı saat 18:00-dək qan verənlərin sayı açıqlanıb - YENİLƏNİB

Qanvermə aksiyası ilə bağlı saat 18:00 qədər olan statistika açıqlanıb.

Səhiyyə Nazirliyindən Senzor.az-a verilən məlumata görə, Məhərrəm ayının 10-u - Aşura ilə əlaqədar Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının Bakı şəhəri və müxtəlif regionlarda yerləşən bölmələri tərəfindən qanvermə aksiyası keçirilir.

Saat 18:00 kimi olan məlumata əsasən, ümumilikdə respublika üzrə 1787 nəfər qan verib

**16:24

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 16:00-a kimi 1 699 vahid qan toplanılıb.


Səhiyyə Nazirliyindən Senzor.az-a verilən məlumata görə, bunun 1210-u paytaxt üzrə, 489 vahidi isə regionların payına düşür.

**13:29

Qanvermə aksiyası ilə bağlı saat 12:00 qədər olan statistika açıqlanıb.

Səhiyyə Nazirliyindən Senzor.az-a verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u - Aşura ilə əlaqədar könüllü qanvermə aksiyası davam etdirir.

Saat 12:00 kimi olan məlumata əsasən, ümumillikdə respublika üzrə 885 nəfər qan verib (Bakı üzrə 630, regionlarda üzrə 255).

**09:14

Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyaları keçirilir.

 

Senzor.az bildirir ki, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində təşkil olunub.

 

Vətəndaşlar aşağıdakı ünvanlarda qan verə bilərlər:

 

Bakı şəhəri üzrə:

 

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı

 

Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı

 

Nizami rayonu, Sahibəzzaman məscidi

 

Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı

 

Suraxanı rayonu, Qaraçuxur məscidi

 

Yasamal rayonu, Təzə Pir məscidi

 

Yasamal rayonu, Hacı Soltanəli məscidi

 

Binəqədi rayonu, İmam Əli məscidi.

 

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunub.

 

Qeyd edək ki, Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

 

**00:31


Bu gün - Məhərrəm ayının onuncu günü Aşura qeyd olunur.

 

Senzor.az bildirir ki, Aşura günü ilə əlaqədar Azərbaycan məscidlərində İmam Hüseyn əzadarlığı keçiriləcək.

 

Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunacaq.

  

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçiriləcək.

 

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

 

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.

 

Qeyd edək ki, iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.