Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) 7 vitse-prezidentin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Senzor.az xəbər verir ki, Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev SOCAR-ın yeni vitse-prezidentləri təyin olunublar.