Azərbaycanda beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirildiyi müddətdə radiotezlik zolaqlarından istifadə hüququ müstəsna hallarda məhdudlaşdırıla biləcək.
Senzor.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq ərar imzalayıb.
Qərarla beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təklifi ilə DRİ-nin qərarı əsasında dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla biləəcək.