Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə Türkiyə XİN-dən bildirilib.
Səfər iyulun 31-də baş tutacaq.
“Səfər zamanı dost və qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın müxtəlif aspektlərinin müzakirəsi, eləcə də regionumuzda baş verən proseslərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, - məlumatda deyilib.